Yaponiyada bir metr hündürlüyündə sunami gözlənilir

152

Yaponiya Milli Meteorologiya İdarəsi ölkənin Sakit Okeandakı ucqar İzu adalarının sahillərinə yaxınlaşan təxminən bir metr hündürlüyündə sunami dalğası barədə xəbərdarlıq edib.

“Report”un məlumatına görə, xəbərdarlıq Sakit Okeanda baş verən 6,6 bal gücündə zəlzələ ilə əlaqədar edilib.

Hökumət ümumi sayı 100 nəfərə yaxın olan yerli sakinlərin sahildən kənar dayanmaları ilə bağlı çağırış edib.