“Dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş Konfrans” keçiriləcək

756

17 oktyabr 2023 tarixində Azərbaycan Sığortaçılar Asosiasiyasının təşkilati dəstəyi, “Liman Sığorta və Təkrarsığorta Brokeri”, “United Alliance Group”, “ZenithSurvey”, “Azerbaijan Maritime Registry of Shipping” şirkətlərinin sponsorluğu ilə Dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş 1-ci Konfrans” keçiriləcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasının, sığorta şirkətlərinin nümayəndələrinin, çoxillik təcrübəyə malik dənizçilərin, bir sıra dövlət qurumlarının eləcə də sığorta sahəsində yerli və xarici mütəxəsisslərin iştirakı ilə nəzərdə tutulmuş konfrans dənizçilərin sığorta sahəsində maarifləndirilməsini, sığorta brokerinin dənizçilər üçün əhəmiyyətini, icbari sığorta sistemlərinin üstünlükləri və inkişafını, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyət sığortasının (P&l qorunma və müdafiə) dənizçilər üçün faydasını, sığorta məhsullarının təqdimatını əhatə edəcək.

Məruzələr müvafiq sahənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq, eyni zamanda dinləyicilərin sualları cavablandırılacaq və panel müzakirələr təşkil olunacaq.

Konfransın keçirilməsində məqsəd:

⚓Dənizçilərin sığorta sahəsində maarifləndirilməsi;

⚓Sığorta brokeri xidmətinin dənizçilər üçün fayda və əhəmiyyəti;

⚓İcbari sığorta sistemlərinin üstünlükləri və inkişafı;

⚓Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyət sığortasının (P&l qorunma və müdafiə) dənizçilər üçün faydası haqqında iştirakçıları məlumatlandırmaq;

⚓Dənizçilər üçün nəzərdə tutulmuş sığorta məhsullarının təqdimatını həyata keçirməkdir.

Tədbir dənizçilik sahəsində çalışan bütün şəxslər üçün açıqdır.

Əziz Dənizçilər, tədbirdə iştirak edərək sığorta ilə bağlı suallarınıza cavab tapıb, ətraflı məlumat əldə edə bilərsiniz.

Tarix: 17 Oktyabr 2023, 14.00-18.00

Məkan: “Baku Marriott Boulevard” Otel

Konfransda iştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz mütləqdir.

Tədbirdə iştirak ödənişsizdir.?

Qeydiyyatdan keçmək və konfransın proqramı ilə tanış olmaq üçün linkə keçid edin.

https://limanevent.com/#section-register

Tel: +994 999 555 444

WhatsApp: +994 999 555 333

Source:https://www.facebook.com/unitedalliancegroupltd