Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai birliyi Astranavtika Konqresində yerli məhsulları ilə iştirak etdi

376

Bildiyimiz kimi 2-6 oktyabr tarixləri aralığında, Azərbaycan möhtəşəm beynəlxalq tədbirə – Astronavtika Konqresinə ev sahibliyi etdi! Beş gün ərzində ictimai birliyimiz tərəfindən təqdim etdiyimiz üç fərqli Kosmoplan (Spaceplan) və roket yanacağı layihələrimiz, yerli və xarici şirkətlərin, o cümlədən dövlət qrumlarının maraq dairəsində oldu.

06 oktyabr tarixində Milli Aerokosmik Agentliyin baş direktoru Natiq Cavadov, agentliyin digər rəhbər əməkdaşları ilə birlikdə stendimizi şəxsən ziyarət edilər. Daha sonra dəyirmi masa arxasında ictimai birliyimizin fəaliyyəti ilə tanış olundu. Perspektiv imkanlar müzakirə olunduqdan sonra, yekunda birgə iş birliyinə qərar verildi.

Source:https://www.facebook.com/ytid.az