İsrailin Aşdod və Hayfa limanlarında iş dayandırılmayıb

216

Hərbi qarşıdurmaya baxmayaraq, İsrailin iki əsas limanı olan Aşdod və Hayfanın işi dayandırılmayıb. 

“Seanews.az” xəbər verir ki, bu barədə “Linerlytica” araşdırma şirkəti məlumat yayıb.

Məlumatda bildirilir ki, konteyner daşıyan gəmilərin heç biri istiqamətini dəyişməyib.

Qeyd edək ki, Aşdod və Hayfa limanlarında hər il 3,1 milyon TEU-dan çox konteyner yükü aşırılır. İsraildə konteyner aşırmalarının ümumi həcmi dünya üzrə həcmlərin cəmi 0,4%-ni təşkil edir və Aralıq dənizi regionuna konteyner ticarəti axınının pozulması təhlükəsi məhdud olaraq qalır.