CMS şirkətinin rəhbərlyi “Quba” platforma-təchizat gəmisinə səfər edib.

332

CMS donanmasında çalışan əməkdaşlarımızla davamlı ikitərəfli ünsiyyət və yeniliklərin mübadiləsinə nail olmaq məqsədilə CMS şirkətinin rəhbərlyi “Quba” platforma-təchizat gəmisinə səfər edib. Səfərin əsas məqsədi gəmi heyətini şirkətin biznes məqsədləri haqqında məlumatlandırmaq, eləcə də təhlükəsiz və effektiv əməliyyatlar istiqamətində dəstəkləmək və ruhlandırmaq idi.

Ofis nümayəndələri və gəmi heyəti “Quba” gəmisinin cəlb edildiyi yeni layihənin əsas məqamlarını müzakirə etdilər, bağlanmış müqavilədən irəli gələn öhdəliklərlə bağlı qarşıya çıxan sualları cavablandırdılar.

Caspian Marine Services B.V.

Exploring new horizons!

Tel(+994 12) 464 15 31/32

www.caspmarine.com

38A, Natig Aliyev str., Baku, Azerbaijan

Source:https://www.facebook.com/CaspianMarineServices