“Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursu keçirilib

397

“United Alliance Group”un təlim tədris mərkəzinin bazasında dənizçilərə “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursu keçirilib. Onlar dənizdə sağ qalma uğrunda mübarizənin doğru tətbiq olunması, heyətin gəmidə olan xilasedici vasitələrdən düzgün istifadəsini öyrəniblər. Təlim zamanı fərdi və kollektiv şəkildə gəmidə yanğın zamanı zəruri fəaliyyət, daimi sayıqlıq, yanğın və tüstünün aşkarlanması, yanğına qarşı avadanlıqlar və onların gəmidə yerləşdirilməsi, qəza evakuasiya yollarından istifadə dənizçilərə əyani nümayiş etdirilib.

Dövlət Dəniz və Liman Agentliyinin verdiyi tanınma şəhadətnaməsi həmçinin Panama Dəniz Administrasiyası tərəfindən verilmiş müvafiq lisenziya əsasında fəaliyyət göstərən təlim mərkəzimizdəki kurslarda iştirak etmək və qiymətlərlə tanış olmaq üçün https://unitedalliancegroup.com/az/page/telim-stcw saytına keçid edərək asanlıqla qeydiyyatdan keçə bilərsiniz.

Ətraflı məlumat üçün:

+994 50 2295750

[email protected]

Ünvan:Afen Plaza, 1996 Yusif Vazir Chamanzaminli, Bakı

Source:https://www.facebook.com/unitedalliancegroupltd