Volqa-Xəzər kanalında dərinləşdirmə işlərinin 90%-dən çoxu görülüb

216

“Rosmorport” Volqa-Xəzər dəniz gəmiçiliyi kanalında cari il üçün nəzərdə tutulan işlərin əsas həcmini yaxın həftələrdə başa çatdırmağı və suya oturumu 4,5 metr olan gəmilərin hərəkəti üçün açmağı planlaşdırır.

“Seanews.az” “Rosmorport”un mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki,  2023-cü il üçün nəzərdə tutulan dərinləşdirmə işlərinin 93%-i yerinə yetirilib.

Volqa-Xəzər kanalında cari ilin dibdərinləşdirmə planı yerinə yetirildikdən sonra 2024-cü il üçün kanalın birtərəfli hissələrində nəzərdə tutulan işlərə vaxtından əvvəl başlanacaq.

Hazırda 188 kilometrlik kanalda rekord sayda – 17 yerqazan gəmi çalışır və gecə-gündüz dibdərinləşdirmə işləri görülür.