“ADY Express”in idxal və ixrac daşımaları artıb

255

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti ADY Express” MMC 919 min 564 ton idxal, 623 min 199 ton ixrac yükü daşıyıb.

“Report” bu barədə “ADY Express”ə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 30,5 % və 25,8 % çoxdur.

Hesabat dövründə “ADY Express”in idxal daşımalarında əsasən şəkər, taxta və taxta məmulatları, benzin və texniki yağları, ixracda isə klinker, qazoyl, gil və tikinti materialları olub.