Sentyabr ayında Səudiyyə limanlarına 1040 gəmi yan alıb

246

Səudiyyə Liman İdarəsi (“Mawani”) tərəfindən idarə olunan konteyner terminallarında 2023-cü ilin sentyabrında 732,293 TEU aşırılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,66% artım deməkdir.

“Seanews.az” xəbər verir ki, Səudiyyə Liman İdarəsinin məlumatında belə deyilir.

Sentyabrda ixrac konteynerlərinin aşırılması 18,2% artaraq 234,6 min TEU, idxal konteynerlərinin aşırılması 17,18% artaraq 217,9 min TEU təşkil edib. Konteynerlərin dənizdə gəmidən gəmiyə yüklənməsi 3,09% artaraq 279,7 min TEU olub.

Sentyabrda aşırılan digər yüklərin həcmi 2,59% artaraq 26 milyon tondan çox olub.

2023-cü ilin sentyabr ayında Səudiyyə limanlarına 1040 gəmi yan alıb (+11,83%). Sərnişin daşınması 79,29% artaraq 40,68 min nəfərə çatıb.

İdxal edilən avtomobillərin aşırılması sentyabrda 19,77% artaraq 83 min ədəd təşkil edib.

Səudiyyə Limanlar İdarəsi hazırda ölkənin 2030-cu ilədək planına uyğun olaraq iqtisadi artımına töhfə verəcək müasir logistika şəbəkəsinin qurulması layihəsini həyata keçirir.