Finlandiya müstəntiqləri qaz kəmərinə dəyən ziyanla bağlı Rusiya və Çin gəmilərini yoxlayır

402

Finlandiya-Estoniya qaz kəmərinə dəyən ziyanı araşdıran finlandiyalı müstəntiqlər bildiriblər ki, o vaxt Fin körfəzində olan Çin və Rusiya gəmisi də daxil olmaqla bir neçə gəmini yoxlayırlar.

“Report”un məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

Finlandiya Milli Təhqiqatlar Bürosunun bəyanatında qeyd olunub ki, istintaq hərəkətləri “Yeni Qütb Ayısı” və “Sevmorput” kimi bir neçə gəmiyə, eyni zamanda zərər zamanı ərazidə olduğu güman edilən digər gəmilərə də qarşı aparılır.