Xəzərdə balıqçılar batıb, onlardan biri xilas ola bilib

526

Xəzər dənizinin Şabran rayon sahillərində iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.

“Report”un Şimal bürosunun məlumatına görə, onlardan biri xilas ola bilib.

Lakin Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.