“Orta Dəhliz” Azərbaycan və region üçün parlaq gələcək vəd edir-VIDEO

350

Avropa və Asiyanı birləşdirən ən etibarlı quru nəqliyyat dəhlizi olan “Orta Dəhliz”-ə maraq hər keçən gün artır.

Newscenter.az xatırladır ki, Azərbaycanın əsas oyunçulardan olduğu bu nəqliyyat dəhlizi, infrastrukturuna qoyulan böyük investisyalar və yük keçidinə tətbiq edilən edilən güzəştlərlə artıq daha çox cəzbedici hala gəlib və beynəlxalq logistika şirkətlərinin diqqət mərkəzindədir. Bu nəqliyyat dəhlizinə cəlb edilən yükün artımı üçün Bakı Limanı da mütəmadi olaraq iş aparır.

Ötən gün Niderlandın Haaqa şəhərində keçirilən “Orta Dəhliz – Avropa üçün yeni üfüqlər” beynəlxalq konfransımda Bakı Limanın Baş direktoru Taleh Ziyadov xüsusi təqdimatla çıxış edib.

Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin Niderlanddakı səfirlikləri tərəfindən təşkil edilən tədbirdə bir sıra Avropa ölkələrinin hökümət təmsilçiləri ilə yanaşı, Avropanın böyük logistika şirkətlərinin nümayəndələri də iştirak edib.

https://youtu.be/xKbPKKA3slE?si=pCNvg4LtyRru9rDm