Xəzər dənizində zəlzələ olub

246

Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ olub.

Bu barədə “Report”a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla saat 06:09-da Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınmışdır. Zəlzələ ocağının dərinliyi 62 km olub”.