Lonq-Biç 217 limandan və 175 gəmi xəttindən yük qəbul edir

222

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ABŞ-ın Lonq-Biç limanında konteyner yüklərinin aşırılması 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,7% azalaraq 5,8 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, 2019-cu ilin eyni dövründə, yəni pandemiya başlamazdan əvvəl demək olar ki, eyni sayda ixrac, idxal və boş konteynerlər (5,7 milyon TEU) işlənmişdi. 2023-cü ilin üçüncü rübündə limanın konteyner dövriyyəsi 2 milyon TEU-dan çox təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

2023-cü ilin sentyabr ayında Lonq-Biç limanı terminallarında 829 429 TEU aşırılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur.

Liman idarəsi yük dövriyyəsindəki artımı ABŞ-da istehlak mallarına tələbatın artması və ILWU üzvləri ilə işəgötürənlər arasında avqustun 31-də rəsmi əmək müqaviləsinin imzalanması ilə əlaqələndirir.

Liman üç il əvvəlki rekord aylıq konteyner dövriyyəsini demək olar ki, 79 min TEU keçə bilib.

Konteyner dövriyyəsinin aylıq nəticələrinə xaricdən gətirilən və boş konteynerlərin işlənməsinin artması təsir göstərib. İdxal konteynerlərinin həcmi 19,3% artaraq 408,9 min TEU, boş konteynerlərin aşırılması isə 11,5% artaraq 319,2 min TEU təşkil edib. Sentyabrda ixrac konteynerlərinin aşırılması 10,3% azalaraq 101,2 min TEU olub.

1911-ci ildə tikilmiş Lonq-Biç limanı bu gün dünyanın aparıcı dəniz limanlarından biridir, trans-Sakit okean xidmətləri üzrə yük daşımaları üçün mərkəzdir. Lonq-Biç 217 limandan və 175 gəmi xəttindən yük qəbul edir.