ASCO-da sıravi heyət üzrə işə qəbulun növbəti mərhələsi keçirilib

498

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) matros və motorçu vakansiyaları üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib.

Bu mərhələdə sözügedən ixtisaslar üzrə nəzəri biliklərin yoxlanılması məqsədilə keçirilən test imtahanlarında uğurlu nəticə göstərmiş namizədlər iştirak ediblər.Müsahibə zamanı ASCO-nun Donanmanın texniki istismar departamenti, Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti, İnsan resurslarının idarəedilməsi departamenti nümayəndələri namizədlərin istehsalat təcrübələri zamanı əldə etdikləri bilikləri, əməyin mühafizəsi normaları, daxili etik davranış kodeksinin qaydaları, dünyagörüşü, böhran vəziyyətlərində idarəetmə və qərarvermə ilə bağlı bacarıqlarını yoxlayıblar.ASCO-nun insan resurslarının idarəedilməsi qaydalarına əsasən test imtahanı və müsahibədən uğurla keçən namizədlər tibbi komissiya yoxlanışından sonra donanmaların işçi ehtiyacına uyğun müvafiq təyinat alacaqlar. 

asco.az