“Mingəçevir Reqatası-2023”: ikinci günün proqramı açıqlanıb

426

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirində ikinci günün proqramı açıqlanıb.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda idmançılar bu gün 3 yaş qrupunda mübarizə aparacaqlar.

2005-2006, 2007-2008 və 2009-2010-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar. Onlar kayak, kanoe və akademik avarçəkmə qayığında 200, 500, 1000, 1500 və 2000 məsafəyə yarışlarda iştirak edəcəklər.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Yarış ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilir.