Dənizçilərdən xalçaçılıq sənətinə töhfə – FOTO+VİDEO

591

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə xalça toxunub.

Xalçanın mərkəzində “Aframax” tipli “Qarabağ” gəmisinin təsviri verilib. Buradakı 100 və 1923 rəqəmləri Ulu Öndər Heydər Əliyevin anadan olması tarixini, 165 və 1858 rəqəmləri milli gəmiçiliyin yaradılması tarixini, 10 rəqəmi isə Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə fəaliyyət göstərmiş iki böyük donanmanın birləşdirilməsi ilə təşkil edilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 10 illik yubileyini əks etdirir.Xalçanı bəzəyən xarıbülbül, səkkizləçəkli gül, budaq, yarpaq, qanad açmış su şahini, günəş gəmisi, günəş, ay, uçan bulud, qırmızı bulud, islam dini, su damcısı, səkkizbucaq, at naxışları təbiətin ecazkar gözəllikləri ilə yanaşı, ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, eyni zamanda xalqımızın yüksək estetik zövqünü ifadə edir.Xalça-kompazisiyada Qarabağın müxtəlif tarixi abidələrinin təsvirlərini də görmək olar.Təkrarolunmaz gözəlliyi ilə seçilən bu xalça qədim xalq sənətimiz olan xalçaçılığa və onun yaşadılmasına çoxminli dənizçi ailəsindən töhfədir.Qeyd edək ki, sözügedən xalça gəmiçiliyin tarixini özündə əks etdirən dünyanın ilk tanker muzeyinin – “Suraxanı”nın eksponatları sırasına əlavə olunacaq və ziyarətçilər üçün sərgilənəcək.

asco.az