Mahaçqala və Türkmənbaşı limanları arasında bərə xətti işə salınacaq

342

Dağıstan və Türkmənistan Mahaçqala və Türkmənbaşı limanları arasında konteyner daşımaları üçün bərə xəttinin işə salınması məsələsini nəzərdən keçirir.

“Seanews.az” xəbər verir ki, bu barədə “Mahaçqala Dəniz Ticarət Limanı” ASC-dən məlumat verilib.

“Bu istiqamətin 2023-cü ilin sonuna qədər işə salınacağı güman edilirdi. Biz Türkmənistandan olan tərəfdaşlardan ilk gəminin növü və onun xəttə yerləşdirilməsi formatı haqqında məlumat gözləyirik ki, bunun əsasında da bizim tərəfimizdən lazımi yük bazası və liman infrastrukturu hazırlanacaq”, – “Mahaçqala Dəniz Ticarət Limanı” ASC-nin nümayəndəsi bildirib.

Limanın aydınlaşdırdığı kimi, əvvəllər – 2011-2012-ci illərdə Türkmənbaşı və Mahaçqala limanları arasında bərə xətti mövcud olub.