“Mingəçevir Reqatası-2023”: son günün proqramı müəyyənləşib

445

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirində son günün proqramı açıqlanıb.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda idmançılar bu gün 3 yaş qrupunda mübarizə aparacaqlar.

2005-2006, 2007-2008 və 2009-2010-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar. Onlar kayak və akademik avarçəkmə qayığında 200, 500 və 1500 metr məsafəyə yarışlarda iştirak edəcəklər.

Turnirin ilk iki günündə Azərbaycan idmançıları 16 medal (5 qızıl, 5 gümüş, 6 bürünc) qazanıblar.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilir.