Elçin Məmmədov: Orta və Cənubi Xəzərdə yalnız Azərbaycan tədqiqat aparır

347

“Bu gün Orta və Cənubi Xəzərdə baş verən proseslər yalnız “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi vasitəsilə öyrənilir”.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması şöbəsinin müdiri Elçin Məmmədov Xəzər dənizinin səviyyə dəyişməsinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması məqsədilə yaradılmış ekspert qrupunun iclasında deyib.

Xidmətin şöbə müdiri deyib ki, Rusiya daha çox şimalda tədqiqat aparır və buna görə də Azərbaycanın tədqiqat nəticələrini xüsusi maraqla qəbul edir: “İran, Qazaxıstan və Türkmənistanda isə bu cür tədqiqatlar aparılmır. Odur ki, Orta və Cənubi Xəzərdə apardığımız araşdırmalar bizə regionda böyük avantaj verir”.