“Suraxanı” gəmi-muzeyində Zəfər Günü qeyd edilib

431

“Suraxanı” gəmi-muzeyində Zəfər Günü qeyd edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində 8 Noyabr — Zəfər Günü qeyd edilib.8 noyabr tarixində dünyanın ilk tanker-muzeyində “Açıq qapı günü” keçirilib və burada yer alan 360 dərəcəlik ekran qələbəmizə həsr olunub.Muzeyə sərbəst şəkildə giriş imkanı əldə edən ziyarətçilər 360 dərəcəlik ekran vasitəsilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarını, Vətən müharibəsinə aid döyüşləri, işğaldan azad olunmuş ərazilərimizdə davam edən quruculuq işlərini, xalq, ordu və dövlət birliyini əks etdirən kadrları izləyiblər.Muzeyin “Qarabağ Azərbaycandır” interaktivində isə Ermənistanın işğal dövründəki vandalizm faktları nümayiş olunub.Bunlarla yanaşı, qonaqlara ASCO-da çalışan həmkarlarımızın Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan doğmalarından, həmçinin könüllü şəkildə ön cəbhəyə yollanan ASCO əməkdaşlarından, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dənizçilik Kollecinin tələbələrindən, Zəfərdən sonra ASCO-ya işə qəbul edilən Vətən müharibəsi iştirakçılarından bəhs edən “Hər biri qəhrəmandır” kitabı haqqında da məlumat verilib.