ADDA-ya cari tədris ilində 20 əcnəbi tələbə qəbul olub

204

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası hər il olduğu kimi, cari tədris ilində də ölkəmizdə ali təhsil almaq istəyən əcnəbilərin diqqət mərkəzində olub.

2023/2024-cü tədris ilində 20 nəfər xarici ölkə vətəndaşı ADDA tələbəsi adını qazanıb. Tələbələrdən 12-si Türkiyə, 3-ü Hindistan, 3-ü Misir, 1-i Sudan, 1-i Rusiya vətəndaşıdır.

Əcnəbi tələbələrin cari tədris ilində ADDA-da seçdiyi ixtisaslara gəlincə, onlar əsasən “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisaslarına üstünlük veriblər.

Akademiyada hazırda ümumilikdə 43 nəfər əcnəbi tələbə təhsil alır.

Dəniz Akademiyası nəinki ölkəmizdə, hətta Cənubi Qafqazda ali təhsilli dənizçi kadrlar yetişdirən yeganə təhsil müəssisəsidir. Akademiyanın diplomu dünyanın 170-dən çox ölkəsində tanınır.

asco.az