Üzgüçülük üzrə Azərbaycan Kuboku keçiriləcək

707

Noyabrın 16-da Bakı Su İdman Sarayında üzgüçülük üzrə Azərbaycan Kubokuna start veriləcək.

“Report” xəbər verir ki, yarışda hesabında 200 xal olan idmançılar iştirak edəcəklər.

Şəxsi xarakter daşıyan çoxnövçülük üzrə ölkə kubokunda 120-yə yaxın idmançının mübarizə aparacağı gözlənilir. İdmançıların həvəslənməsi məqsədilə yarışın reqlamentində bəzi dəyişikliklər nəzərdə tutulub. Bütün iştirakçılar sprint və stayl məsafələrdə müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparacaqlar. Kubok uğrunda yarışda ilk pillənin qalibindən başqa, digər yaxşı nəticələr göstərənlər də medal və diplomlarla təltif olunacaqlar.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Su İdman Sarayının təşkilatçılığı ilə 4 gün davam edəcək ölkə kubokuna noyabrın 19-da yekun vurulacaq.