ABŞ 2030-cu illərdə Avstraliyaya Virciniya sinifli sualtı qayıqlar satmağı planlaşdırır

183

ABŞ Hərbi Dəniz Qüvvələri 2032 və 2035-ci illərdə Avstraliyaya işlənmiş “Virciniya” sinifli sualtı qayıqları, həmçinin 2038-ci ildə eyni tipli daha bir yeni sualtı qayıq satmaq niyyətindədir.

“Seanews.az”  xəbər verir ki, bu barədə “AUKUS”-un inteqrasiya və satınalma proqramının (Avstraliya, Böyük Britaniya və ABŞ-ın hərbi tərəfdaşlığı) koordinatoru Linkoln Reifstekin məlumat verib.

Onun sözlərinə görə, ABŞ Avstraliyaya hazırda inşası davam edən “Block IV” sualtı qayıqlarını satmaq istəyir. Bu tipli ilk sualtı qayıq 2020-ci ildə istismara verilib, sonuncusu isə təxminən 2026-cı ildə hazır olacaq – beləliklə, onlar Avstraliyaya köçürülən zaman onların xidmət müddəti artıq 6 ilə 15 il arasında olacaq. ABŞ yeni “Block VII” sualtı qayığını 2029-cu ildə inşa etməyə başlayacaq və onu 2038-ci ildə Avstraliyaya satacaq. “Virciniya” sinifli sualtı qayıqlar üçün istismar müddəti 33 illik nəzərdə tutulub.

“AUKUS” 2021-ci ildə qurulan Avstraliya, Böyük Britaniya və ABŞ təhlükəsizlik tərəfdaşlığıdır.

Əvvəllər bildirildiyi kimi, alyans tərəfdaşlarının köməyi ilə Avstraliya ən azı səkkiz nüvə sualtı qayığı inşa etməyi planlaşdırır, həmçinin silahlı qüvvələrini Amerika qanadlı raketləri ilə təchiz edəcək.

Keçən iyun ayında Avstraliya Baş nazirinin müavini Riçard Marlz demişdi ki, Avstraliyanın nüvə sualtı donanması 2040-cı ildən etibarən mərhələli şəkildə istifadəyə verilməlidir.

Bundan əvvəl o da bildirilmişdi ki, ABŞ öz gəmiqayırma zavodlarında ilk bir neçə sualtı qayıq tikməklə Avstraliyanın nüvə sualtı qayıqları əldə etməsi prosesini sürətləndirmək niyyətindədir.