Türkiyə limanları oktyabrda 33 milyon tondan çox yük qəbul edib

159

2023-cü ilin oktyabr ayında Türkiyə limanları 33 milyon 718 min 870 ton yük qəbul edib.

“Seanews.az”xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 420 min 465 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 298 min 405 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 273 min 241 ton tranzit yük daşınıb.