Gəmi-muzeyin 360 dərəcəlik ekranında Vətən müharibəsinə aid videoçarx nümayiş edilir

389

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin “Xəzərin Ruhu” zalı yenilənmədən sonra ziyarətçilərin ixtiyarına verilib.

Artıq ziyarətçilər gəmi-muzeyin 360 dərəcəlik ekranla təchiz olunmuş “Xəzərin ruhu” zalında ziyarətçilər ən yeni tariximizin şanlı səhifəsi – Vətən müharibəsi mövzusuna aid görüntüləri izləmək imkanına malik olacaqlar.Videoda müharibənin başlanmasından Qələbə gününədək gedən döyüşlər, Prezident İlham Əliyevin çıxışları, xalq, ordu və dövlət birliyini əks etdirən kadrlar nümayiş olunur.Ermənistanın işğal dövründə tariximizə, mədəniyyətimizə, yaşayış məskənlərinə qarşı vandalizm faktları da videoda yer alıb.Ziyarətçilər ekranda işğaldan azad olunmuş ərazilərimizdə sürətlə davam edən quruculuq işlərini də izləyə bilərlər.360 dərəcəlik ekranda nümayiş edilən video-görüntülər Azərbaycan, rus və ingilis dilində mətnlə müşaiyət edilir.

seanews.az