Türkiyədə gəmi dalğaqırana çırpılaraq batıb, 1 nəfər ölüb

605

Rusiyanın Temryuk limanından çıxan türk gəmisi Qara dənizdə batıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri Ali Yerlikaya bildirib.

Qeyd olunub ki, “Kafkametler” adlı gəmi pis hava şəraiti səbəbindən Ereğli limanının qarşısında lövbər salsa da, hərbi dalğaqırana çırpılaraq batıb.

Gəmidə 12 nəfər heyət üzvü olub. Onlardan 1-nin cəsədi tapılıb, digərlərinin axtarışı davam edir.