ASCO-da “Strateji çevik liderlik” mövzusunda təlim keçirilib

645

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbər şəxsləri üçün “Strateji çevik liderlik” mövzusunda təlim təşkil olunub. 

Təlim Türkiyədən dəvət olunmuş peşəkar kouç Dr. Çağlayan Aktaş tərəfindən aparılıb.

Seminarda strateji çevik liderliyin müxtəlif aspektləri, təşkilatlarda strategiyaların qurulması və həyata keçirilməsi müzakirə edilib. İştirakçılara strateji çevik liderliyə dair yeni trendlər və təcrübələr barədə faydalı məlumatlar verilib.

Təlim qarşılıqlı müzakirə və sual-cavab sessiyası ilə davam edib. 

asco.az