Xəzər dənizinin səviyyəsinin azalması limanların işinə mənfi təsir göstərəcək – PROQNOZ

252
DCIM100MEDIADJI_0069.JPG

Xəzər dənizinin səviyyəsində azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, limanların istehsalat gücləri təhlükə altına düşəcək, xüsusilə də bu, Aktau və Ələt limanlarına aiddir.

Bu barədə APA Dünya Bankının xüsusi hesabatına əsasən məlumat verib.

“Son onilliklərdə bir çox ekspertlər Xəzər dənizinin səviyyəsinin dəyişməsini proqnozlaşdırmağa çalışsalar da, onların əksəriyyəti uğursuzluğa düçar olub”, – hesabatda qeyd olunub.

Bildirilib ki, hazırda dəniz səviyyəsi xüsusilə aşağıdır ki, bu da limana yaxınlaşmalarda naviqasiya və yanalma körpülərində gəmilərin istismarı ilə bağlı problemlərin artmasına səbəb olur.

“Xəzərdə bir çox gəmilər artıq tam gücü ilə işləyə bilmir. Bu azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, bu, xüsusilə Aktau və Bakı-Ələt limanlarının aşırma imkanlarına xələl yetirəcək və onları risk altında qoyacaq”, – hesabatda vurğulanır.

Sənəddə qeyd olunur ki, bu kontekstdə Dünya Bankı 2023-cü ildə Xəzər dənizinin səviyyəsinin proqnozlaşdırılmasına yeni yanaşmanın, həmçinin təsirə məruz qalmış limanlar üçün yeni dərinləşdirmə strategiyalarının, eləcə də təsirlərin azaldılması tədbirlərinin təklif edilməsinə yönəlmiş bir sıra tədqiqatlara başlayıb.

Dünya Bankının tədqiqatları çərçivəsində ilk nəticələr 2024-cü ilin ortalarında əldə olunacaq və 2025-ci ilin əvvəlində başa çatacaq.