İqlim fəalları Avstraliyanın ən böyük kömür limanını bağlayıblar

223

Avstraliyanın “Rising Tide” qrupunun fəalları Avstraliyanın şərq sahilindəki Nyukasl limanında nəqliyyatın hərəkətini dayandırıblar.

“Seanews.az”  xəbər verir ki, 1,5 minə yaxın insan etirazını bildirib, o cümlədən 300-ə yaxın iştirakçı limandan dənizə çıxışı bağlayıb.

Eko-fəallar mədən yanacaqlarına qarşı daha geniş tədbirlərə təkan vermək üçün kütləvi mübarizə aparacağını vəd edirlər. “Rising Tide”-yə görə, onlar həftə sonu təxminən 500 min ton kömür ixracını əngəlləmək niyyətindədirlər.

Nyukasl limanının sözçüsü deyib ki, hazırda gəmiçilik kanalında çox sayda insan olduğuna görə, onların hansı yükü daşımasından və ya yükləmək niyyətindən asılı olmayaraq, təhlükəsizlik baxımından bütün gəmiçilik əməliyyatları dayandırılıb.

“TradeWinds” xəbər verir ki, Avstraliya polad istehsalı üçün istifadə edilən dünyanın ən böyük kokslaşan kömür ixracatçısı və elektrik stansiyalarında istifadə olunan və iqlim fəalları üçün əsas hədəf olan termik kömürün ikinci ən böyük ixracatçısıdır.

Dünyanın ən böyük kömür limanı olan Nyukaslda 2021-2022-ci illərdə 89 milyard Avstraliya dollarından çox dəyərində kömür ixrac edilib ki, bu da dünya üzrə ümumi karbon emissiyasının 1%-dən azını təşkil edir. Hökumət yeni kömür layihələrinə icazə verdiyi üçün kömür gəmilərini bloklayırıq”,- deyə “Rising Tide” bildirib.