Aktau limanında yeni tankerlərin qəbulu mərasimi keçirilib

330

Aktau limanında “KazMunayQaz” SC (KMG) və “Abu Dhabi Ports Group” (“ADP”) arasında əməkdaşlıq çərçivəsində alınmış “Taraz” və “Liwa” neft tankerlərinin təntənəli qəbulu mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, dedveyti 8 min ton olan yeni tankerlərdən biri Qazaxıstanın qədim şəhəri – Tarazın, ikinci tanker isə BƏƏ-dəki oazis – Livanın adını daşıyır.

“Damen” gəmiqayırma zavodunda tikilən tankerlərin uzunluğu 140 metr, eni 16,7 metr, suya oturumu 4,2 metr, sürəti 10 düyündür.

Qabaqcıl idarəetmə sistemləri və müasir avadanlıqlarla təchiz edilmiş gəmilər bütün beynəlxalq təhlükəsizlik standartlarına və ekoloji tələblərə cavab verir.

Yeni tankerlər Qazaxıstan neftini Xəzər dənizi ilə nəql edəcək.