Qazaxıstanın Kurık dəniz limanı vasitəsilə yükdaşımaların həcmi 15 % artıb

215

Bu ilin yanvar-oktyabr aylarında Qazaxıstanın Kurık dəniz limanı vasitəsilə yükdaşımaların həcmi 1,8 milyon tondan çox olub.

“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” SC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Hesabat dövründə dəmir yolu ilə limana 1,2 milyon tondan çox yük gətirilib. Bu, 1 il əvvələ nisbətən 17 % artım deməkdir.

Kurık dəniz limanı 600-ə yaxın bərə, 16,5 mindən çox vaqon, 23,6 mindən çox yük və sərnişin daşıyan nəqliyyat vasitəsinə xidmət göstərib. Liman vasitəsilə neft məhsulları, kimya məhsulları, metal, istehlak malları və s. nəql edilib.