ASCO-da “Səbail” PFK-nın rəhbər heyəti ilə görüş olub

718

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin və “Səbail” Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurasının sədri Rauf Vəliyev və Şuranın üzvləri Klubun rəhbər heyəti və baş məşqçisi ilə görüşüb.

Görüşdə Klubun hazırkı durumu, gələcək hədəfləri, eləcə də “dənizçilər”in son oyunlarda göstərdiyi nəticələr və komandaya transfer məsələləri müzakirə olunub.Müşahidə Şurasının sədri Klubdakı problemlərə də toxunaraq onların aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib, komandaya yarışlarda uğurlar arzulayıb.Klub rəhbərliyi dəstəyə görə təşəkkürünü bildirib, “Səbail”in gözləntiləri doğrultmaq üçün bundan sonra daha böyük səylə çalışacağını diqqətə çatdırıb.

asco.az