Azərbaycan avarçəkəni: “Əsas hədəfim olimpiadaya lisenziya qazanmaqdır”

684

“Hazırda əsas hədəfim Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etməkdir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan avarçəkəni Diana Dımçenko deyib.

34 yaşlı idmançı bunun üçün var gücü ilə çalışacağını bildirib: “Karyeramda böyük arzularımdan biri olimpiadaya qatılmaq, Azərbaycanı mötəbər yarışda təmsil etmək və uğur qazanmaqdır. Bunun üçün çox çalışıram. Mütəmadi məşqlər edirəm. Hazırda şans da var. Dünya reytinqində ön sıralardayam. Ümid edirəm ki, istəyimə çata biləcəyəm”.

Qeyd edək ki, Diana Dımçenko son olaraq Monakoda şahzadə II Albertin şərəfinə təşkil edilən sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” reqatasının qalibi olub. O, sentyabrda Fransada təşkil edilən Avropa çempionatında da bu növdə qızıl medal qazanıb.