Dəniz Vağzalında SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı çərçivəsində Hackathon üzrə yarış keçirilir

289

Ölkəmizdə beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb. Festival çərçivəsində, Hackathon kateqoriyası üzrə yarışlar, Bakı Limanının dəstəyi ilə Dəniz Vağzalının binasında keçirilir. Bu yarışda əsas məqsəd təhsil sahəsində oyunların tərtib olunmasına marağı artırmaqdır.

Qeyd edək ki, festivalda İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Almaniya, Türmənistan eyni zamanda 60-a yaxın Azəraycanlı gənc iştirak edir. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, gənclər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya bilikiləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Source:https://www.facebook.com/BakuSeaTradePort