Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində ASCO-nun komandası növbəti qələbəsini qazanıb

626

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən II minifutbol turnirinin III turunun oyunları baş tutub.

D qrupunda mübarizə aparan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) futbol komandasının rəqibi bu dəfə Dövlət Sığorta Kommersiya Şirkətinin futbolçuları olublar.

Qarşılaşma 6-1 hesabı ilə ASCO-nun qələbəsi ilə başa çatıb. Beləliklə, dənizçilər turnir çərçivəsində ikinci qələbəsini qazanıblar. Bundan əvvəl futbolçularımız Dövlət Statistika Komitəsinin komandasını 4-3 hesabı ilə məğlub ediblər.

Turnirin I turunun oyunlarında isə dənizçilərin komandası Vəkillər Kollegiyası ilə üz-üzə gəlmişdi. Bu oyun 6-2 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı.

Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə təşkil edilən yarışda 52 dövlət qurumu mübarizə aparır. Oyunlar 2024-cü il mayın 6-dək davam edəcək.

seanews.az