İspaniya ABŞ-nin Qırmızı dənizdəki əməliyyatında Aİ-nin iştirakını əngəlləyib

161

İspaniya Qırmızı dənizdə naviqasiya azadlığını və gəmilərin təhlükəsizliyini təmin etmək üçün ABŞ əməliyyatında Avropanın iştirakına veto qoyub.

Qeyd olunub ki, Madrid əvvəlcə bütün ictimaiyyəti missiyaya cəlb etməyə çalışıb. Belə ki, dekabrın 20-də keçirilən fövqəladə iclas zamanı Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsi “Atalanta” əməliyyatının genişləndirilməsi yolu ilə təşəbbüsdə iştiraka yekdilliklə razılıq verib.

Bununla belə, verilən məlumata görə, dekabrın 21-də İspaniya höküməti Aİ-nin beynəlxalq münasibətlər üzrə müşavirlərindən ibarət işçi qrupunun iclasında mövqeyini dəyişərək qərara veto qoyub. Avropanın diplomatik mənbələri bildiriblər ki, İspaniya hökumətinin mövqeyini dəyişməsi onun tərəfdaşlarına izah edilməyib.

Eyni zamanda, krallığın Xarici İşlər Nazirliyi bildirib ki, İspaniyanın missiyada mümkün iştirakı ilə bağlı qərar hələ qəbul edilməyib.

Mənbə: TASS