Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti Bakı Limanına səfər edib

168

Bu gün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndə heyəti ilə Bakı Limanında görüş keçirilib. Əsas məqsədi regionun əsas logistik mərkəzlərindən biri olan Bakı Limanının infrastruktur imkanlarının öyrənilməsi olan səfər çərçivəsində qonaqlara, beynəlxalq logistikada limanın rolu və artan imkanları ilə bağlı məlumat verilib.

Eyni zamanda nümayəndə heyətinə infrastruktur layihələri, Yaşıl Liman statusu barədə məlumatlar verilib və sualları cavablandırılıb. Səfər iştirakçıları həmçinin limanın terminalları ilə də tanış olub.