Britaniya Hərbi Dəniz Qüvvələri Yəmən yaxınlığında gəmiyə hücum edildiyini açıqlayıb

216

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin nəzdindəki Dəniz Ticarət Koordinasiya Mərkəzinə Yəmənin Hudeydə limanı yaxınlığında Qırmızı dənizdə insident barədə məlumat daxil olub.

“Report” xəbər verir ki, bu barədə Mərkəzin yaydığı məlumatda deyilib.

Naməlum gəmiyə Hudeydədən 60 dəniz mili (təxminən 111 km) şimal-qərbdə hücum edildiyi bildirilib. Üç kiçik qayıq gəminin sol tərəfinə yaxınlaşıb, bundan sonra ekipajla hücum edənlər arasında atışma olub. Ekipaj üzvləri arasında yaralanan olmayıb.

Mərkəzin bildirişində qeyd olunub ki, “Prosperity Guardian” əməliyyatı çərçivəsində Qırmızı dənizdə naviqasiya azadlığını təmin edən beynəlxalq koalisiya qüvvələri hücuma məruz qalan gəminin köməyinə gəlib.