Finlandiyada yeni ildən başlayaraq balıqçılardan balıqlarını diri saxlamaq yasaqlanır

205

Finlandiyada yanvarın 1-dən etibarən balıqların dərhal öldürülməsini tələb edən yeni balıqçılıq qanunu qüvvəyə minir.

“Report” ERR.ee saytına istinadən xəbər verir ki, finlandiyalı balıqçılar qış qarmaqları ilə tutulan balıqları artıq buzda diri qoya bilməzlər.

İndi Finlandiya balıqçıları balıqları mümkün qədər tez və ağrısız şəkildə öldürməlidirlər, məsələn, başına güclü bir zərbə ilə, bundan sonra qan ondan boşaldılmalıdır.