Gəmiçilik xətləri Aralıq dənizi marşrutlarında rəqabət aparır

189

“CMA CGM” Aralıq dənizi marşrutlarında “MSC” ilə rəqabət aparır.

“Seanews.az” xəbər verir ki, hazırda qrup bu marşrutlarda ümumi tutumu 96 min TEU-dan çox olan 60 konteyner gəmisini idarə edir.

“CMA CGM”-nin Aralıq dənizi xidmətlərində yerləşdirilən konteyner gəmilərinin orta tutumu bu il 1,677 TEU-ya yüksəlib (2022-ci ildəki 1,433 TEU).

Qrupun bazar payı hazırda 19,9% təşkil edir ki, bu da “MSC”-dən bir qədər azdır.

Belə ki, 2022-ci ildə “MSC”-nin payı 24% idisə, bu il 22% olub. “Maersk”-in payı da 2022-ci ildəki 15%-dən bu il 11%-ə düşüb. Danimarka operatoru bu marşrutlardan təxminən 10 min TEU çıxarıb, “CMA CGM” isə əksinə, üç yeni xidmətin işə salınması sayəsində daşıma qabiliyyətini 11 min TEU artırıb. “CMA CGM” Aralıq dənizi marşrutlarında onların mövcudluğunu azaldan xətlərin tendensiyasını pozur.

Aralıq dənizi daxilində xidmətlərdə qlobal konteyner xətlərinin payı 66%, regional daşıyıcıların payı isə 34% təşkil edir. Lakin 2022-ci illə müqayisədə əsas oyunçular bazarın 5%-ni itiriblər, bu da əsasən “Maersk” və “ZIM”-in daşıma qabiliyyətinin bir hissəsini bu marşrutlardan çıxarması ilə bağlıdır.