ABŞ İrana xəbərdarlıq edib, BMT TŞ-ni təcili hərəkət etməyə çağırıb

191

Amerika Birləşmiş Ştatları (ABŞ) İrana himayə etdiyi husilərlə bağlı xəbərdarlıq edib, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) təcili hərəkət etməyə çağırıb.

“Report” Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin BMT-nin İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi səfir Kristofer Lu Şuran bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin Tehranın iki yolu var: “Ya hazırkı mövqeyini saxlamaq, ya da husilərin hücumlarına dəstəyini geri çəkmək”.

ABŞ rəsmisi Qırmızı dənizdə husilərin hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, husilər dekabrın 31-də Qırmızı dənizdə ABŞ-nin yük gəmisini ələ keçirməyə cəhd etdikdən sonra ABŞ qüvvələri ilə toqquşmada 10 üzvünü itirib. Ötən ilin noyabrın 19-dan bu yana 20-dən çox hücum həyata keçirilib. Həmçinin, yanvarın 3-də başqa bir ABŞ gəmisi hədəfə alınıb.