Azərbaycanda gəmilərin sığortasına – 110 MİN MANAT ÖDƏNİLİB

253
DCIM100MEDIADJI_0069.JPG

Azərbaycanda su nəqliyyatı vasitələrinin könüllü sığortası üzrə yığımlar artıb və ödəniş kəskin aşağı düşüb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- noyabr aylarında bu növ sığorta üzrə yığımlar 7 milyon 749 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 276 min manat və ya 42% çoxdur.

2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 5 milyon 472 min manat təşkil edib.

Bu növ sığorta ödənişləri isə 110 min manat təşkil edib ki, bu da illik müqayisədə 376 min manat və ya 4,4 dəfə azdır. 2022-ci ilin eyni dövründə 485 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik 1% olub. Bu da illik müqayisədə 8% azdır. Ötən ilin eyni dövründə zərərlilik 9% idi.