“United Alliance Group”da dənizçilərin maarifləndirilməsi məqsədi ilə yeni rubrikaya start verilib – VİDEO

414

Hörmətli izləyicilərimiz! “Həftədə bir qayda” rubrikasına start verərək “Dənizdə Toqquşmaların Qarşısının Alınmasına dair Beynəlxalq Qaydalar haqqında 1972-ci il Konvensiyası”nın 1-ci Qaydasını sizə təqdim edirik!

a) Mövcud Qaydalar açıq dənizlərdə və onlarla birləşən sularda üzə n bütün dəniz gəmilərinə şamil olunur.

b) Bu Qaydalarda heç nə, müvafiq hökumət orqanları tərəfindən reyd və liman akvatoriyalarında, çaylarda, göllərdə və ya dəniz gəmilərinin üzməsi üçün yararlı olan və açıq dənizlə birləşən daxili su yolları üçün müəyyən edilmiş xüsusi qaydaların yerinə yetirilməsinə mane ola bilməz. Həmin xüsusi qaydalar, bu Qaydalara mümkün qədər uyğun olmalıdırlar.

c) Bu Qaydalarda heç nə, hər hansı bir dövlətin hökuməti tərəfindən tətbiq olunmuş hərbi gəmilərə və karvanda gedən yük gəmilərinə aid, və ya donanma tərkibində balıq ovu ilə məşğul olan balıqçı gəmilərə məxsus əlavə stansiya və ya siqnal işıqları və ya işarələri və ya fitlə verilən səs siqnallarının istifadəsinə aid əlavə xüsusi qaydaların tətbiq edilməsində maneçilik törədə bilməz. Həmin əlavə stansiya və ya siqnal işıqları və ya işarələr və ya fitlə verilən səs siqnalları elə olmalıdır ki, onlar səhvən bu Qaydalarda olan işıq, işarə və ya səs siqnalı yerinə qəbul edilə bilməsin.

d) Bu Qaydaların məqsədləri üçün gəmilərin hərəkətlərinin bölünmə sistemləri Təşkilat tərəfindən tətbiq oluna bilər.

e) Hər dəfə, əgər hökumət hesab etsə ki, gəmi öz xüsusi konstruksiyası və ya təyinatına görə işıqların və ya işarələrin sayına, yerinə, görünmə məsafəsinə və ya görünmə sektoruna, həmçinin səs siqnalı qurğusunun yerinə və xarakterinə görə bu Qaydaların hər hansı bir tələbini yerinə yetirə bilmir, onda həmin gəmi özünə müvafiq işıqların və ya işarələrin sayına, yerinə, görünmə məsafəsinə və ya görünmə sektoruna, həmçinin səs siqnalı qurğusunun yerinə və xarakterinə görə hökumətin tələbləri, bu Qaydaların tələblərinə uyğun olaraq tətbiq edilən tələbləri yerinə yetirməlidir.

Bizimlə əlaqə:

+994 51 232 19 22 [email protected] Ünvan:Afen Plaza, 1996 Yusif Vazir Chamanzaminli, Bakı

Videonun tam versiyasını izləmək üçün youtube-a keçid edə bilərsiniz.