“Lukoil”un törəmə şirkəti Azərbaycanda nümayəndəliyin ləğv edir

361

“Lukoil Absheron Exploration Limited» şirkəti (Rusiyanın “LUKOİL” neft şirkətinin törəmə müəssisəsi) Azərbaycanda öz nümayəndəliyinin ləğvi barədə elan edib.

Şirkətin elanına əsasən, kreditorlar tələblərini 2 ay ərzində nümayəndəliyin yerləşdiyi Bakı şəhəri, Səbai̇l rayonu, Z.Tağıyev küçəsi, ev 13, 4-cü mərtəbə ünvanına bildirə bilərlər.

Elanda nümayəndəliyin ləğvi ilə əlaqədar səbəblər qeyd olunmur.

«Lukoil Absheron Exploration Limited» şirkətinin Azərbaycan nümayəndəliyi 2022-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətində qeydiyyatdan keçib. Qanuni təmsilçisi Elnur Vaqif oğlu Qurbanovdur.