Dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumlar müəyyənləşib

366

Dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumlar müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.Qanuna əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsi üçün 65 manat dövlət rüsumu alınacaq. Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi üçün də 65 manat dövlət rüsumları müəyyənləşib.