ASCO rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib

523

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Onlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

ASCO rəhbərliyi və əməkdaşları Birinci Qarabağ müharibəsində vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhid dənizçilərin məzarlarını da ziyarət ediblər.

asco.az