Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonəliyev ilə Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi arasında görüş keçirilib

254

18 yanvar 2024-cü il tarixində Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonəliyev ilə Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi arasında görüş keçirilib.

Görüş zamanı qonaqlara zavodun cari fəaliyyəti və istehsal potensialı, mövcud və tamamlanmış layihələr haqqında məlumat verilərək, mümkün əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.