“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

403

Müstəqil Azərbaycan Respublikasının tarixində 20 Yanvar 1990-cı il hadisələri ölkəmizin şərəf və qəhrəmanlıq səhifəsidir.

Bu tarixi hadisə ilə əlaqədar “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə limanın baş direktoru Rəşad Daşdəmirov çıxışında, Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, xalqımıza dərin hüznlə başsağlığı vermişdir.

Limanın rəhbər heyəti 20 Yanvar Şəhidlərmizin əziz xatirəsini dərin ehtiramla yad edərək, “Şəhidlər Xiyabanını” ziyarət etmiş və şəhidlərimizin məzarları önündə qərənfillər düzüblər.

Liman ərazisində qaldırılan Azərbaycan Respublikansının Dövlət bayrağı yarıya qədər endirilmişdir. Saat 12:00–da limanda bir dəqiqəlik sükut elan edilmişdir, həmçinin Liman körpülərinə yan alan gəmilərdə və limanın Sirena cihazından fasiləsiz səs siqnalı verilmişdir.