Mərmərə dənizində “Volgo Don 207” və “Astrid L” gəmiləri toqquşub

566

İstanbul yaxınlığında, Mərmərə dənizində “Volgo Don 207” və “Astrid L” gəmiləri toqquşub. 

“Seanews.az” xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsinin Mətbuat Xidmətindən bildirilib.

138 metrlik “Volgodon 207” İstanbulun Ahırkapı estakadasında lövbər salarkən lövbərdə olan 147 metrlik “Astrid L” ilə toqquşub.

Hadisə maddi ziyana səbəb olub, xəsarət alan yoxdur və ətraf mühitə zərər qeydə alınmayıb.